Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır
    • 27-09-2021, 15:03
    • 469

Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə "koronavirus.info" saytı məlumat yayıb. Bildirilib ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Yoluxma Binəqədidə 14.6 faiz, Xətaidə 13.6 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.5 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.