"Bu “Xarıbülbül"ü bizim adımızdan İlham əmiyə və Mehriban xalaya çatdırmanızı istəyirəm” - Video
    • 27-09-2021, 18:02
    • 659

"Bu “Xarıbülbül"ü bizim adımızdan İlham əmiyə və Mehriban xalaya çatdırmanızı istəyirəm” - Video

Qəhrəman Şəhid övladları əsgərlərimizlə birlikdə Şuşa Qalasının önündə olan XarıBülbül nişanını, əsən güclü küləklər səbəbindən boşaldığı üçün, torpağa bərkitdilər.

News24.az xəbər verir ki bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək, Şuşa qoruğu idarəsindən ona verilən XarıBülbül nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş etdi.

"Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək" - deyə öz arzusunu dilə gətirən balaca Ağaseyid - "Mən də hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm" - dedi.