Şəhidlər Xiyabanına al-qırmızı geyimlə gedən Zakir Qaralovun qardaşı qızı İŞDƏN ÇIXARILIB? – TƏBİB-dən baş həkimlə bağlı AÇIQLAMA
    • 28-09-2021, 18:40
    • 1 434

Şəhidlər Xiyabanına al-qırmızı geyimlə gedən Zakir Qaralovun qardaşı qızı İŞDƏN ÇIXARILIB? – TƏBİB-dən baş həkimlə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumata görə, Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova işindən ayrılıb. 

Məsələni aydınlaşdırmaq üçün TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxışla əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında informasiyanı təkzib edib: “Bu məlumat həqiqətə uyğun deyil”.

Xatırladaq ki, ötən gün Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova Respublika Anım günündə şəhidlərin xatirə memorialını ziyarət edərkən, al-qırmızı paltarda görünməsi ciddi ictimai qınaqla qarşılanıb. 

Qeyd edək ki, Mehriban Qaralova YAP-ın Siyasi Şurasının sabiq üzvü, mərhum keçmiş deputat Zahid Qaralovun qızı, sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızıdır. M.Qaralova əvvəllər Respublika Uşaq Xəstəxanasında baş həkimin müavini, daha sonra  Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. Hazırda Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edir.