Gəncədə YAP-ın fəal gəncləri ilə görüş keçirildi Fotolar
    • 29-09-2021, 15:28
    • 409

Gəncədə YAP-ın fəal gəncləri ilə görüş keçirildi Fotolar

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Partiyanın fəal gəncləri ilə görüş keçirilib.

News24.az xəbər verir ki, əvvəlcə şəhidlərimizim əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, artıq Vətən müharibəsinin başlamasının 1 ili tamam olur və qarşıdakı günlər ərzində biz tariximizə qızıl hərflərlə həkk olunmuş Zəfərimizin hər gününü böyük şərəf və qürur hissi ilə anacağıq.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin dəmir yumruq tək qətiyyəti düşməni döyüş meydanında məhv edərək böyük Qələbəni Azərbaycan xalqına bəxş etdi. Bu Qələbənin əldə olunmasında Azərbaycan gəncləri Ali Baş Komanındanın döyüş əmrinə cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda səfərbər oldu. Şanlı Ordumuzun Azərbaycan oğullarının şücaət və qəhrəmanlıq dastanı daim Azərbaycan xalqı tərəfindən yaşadılacaq və gələcək nəsillərə ötürüləcək.

Qazanılan böyük Qələbə artıq ölkəmizlə bağlı bütün sahələrdə yeni reallıqlar yaradıb. Bu Qələbənin əbədiliyini, sarsılmazlığını qoruyub saxlamaq, daha güclü Azərbaycan naminə çalışmaq gənclərimizin üzərinə düşən tarixi məsuliyyət və vəzifədir.

B.İslamov bildirib ki, gənclərimiz ölkəmizlə bağlı həqiqətləri, xüsusilə işğalçı Ermənistanın uzun illər ərzində xalqımıza və torpaqlarımıza qarşı apardığı qəddar vandalizm siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Bu vəzifələrin öhdəsindən isə yalnız vətənpərvərlik və dövlətçilik dəyərlərinə sadiq, savadlı və yüksək ixtisaslı Azərbaycan gəncliyi gələ bilər.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.