Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinə media-tur - FOTOLAR
    • 30-09-2021, 17:48
    • 527

Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinə media-tur - FOTOLAR

Bu gün Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinə media-tur təşkil olunub.

News24.az xəbər verir ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGIM) Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisəsidir. 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf mərkəzi (RUGIM) 2016-ci ildə ümumilikdə 8 mərkəzin birgə bazasında yaradılaraq (Respublika Ekoloji Tərbiyə və təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşunaslıq Mərkəzi, T.Ismayilov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı və digər 5 məktəbdənkənar mərkəz) fəaliyyətə başlayıb.

Respublika Uşaq Gənclər İmkişaf Mərkəzinin (RUGIM) əsasə vəzifəsi uşaq və gənclərin asudə vaxtlarının vaxtlarının səmərəli təşkili, elmi-texniki biliklərinin artırılması, intellektual yaradıcılıq potensialının inkişaf etdirilməsi, onlarda müasir texnologiyaları çevik menimsəmək istedadının, sağlam həyat tərzinin və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

RUGIM-rassamlıq, rəqs, texnologiya və innovasiyalara, ətraf mühitin qorunmasına və öyrənilməsinə, davamlı turizmə, elmi-texniki yaradıcılığa uşaq və gənclərin maraq ve havəsinin artırılmasını, eyni zamanda RUGIM-in əsas fəaliyyət istiqamətləri uşaq yeniyetmə və gənclərin iştirakı ilə "Ekoklub'ların və müxtəlif dərnək məşğələlərinin təşkili, beynəlxalq və respublika səviyyəli müsabiqələri, intellektual oyunları, breyn-ring bilik yarışlarını, olimpiadaları, yay məktəblərini, düşərgələrini.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin strukturuna 150 ştat daxildir və mərkəzdə 350-yə yaxın əməkdaş çalışır.

Mərkəzin 400 dərnəyi uşaqların xidmətindədir. Mərkəzdə 3 dildə (azərbaycan rus va ingilis dillərində) məşğələlər keçirilir 6000 uşaq müxtəlif istiqamətli dərnəklərdə məşğul olur.

Uşaq va gənclar ölkədaxili və beynəlxalq sərgilərdə, Avropa və dünya çempionatlarında olimpiya yarışlarında iştirak edir. Məşğələlər beynəlxalq ekspertlər, respublikanın tanınmış müəllimləri, əməkdar və xalq artistləri tərəfindən tədris edilir.

Mərkəzin direktoru biologiya elmlər namizədi (ekologiya ixtisası üzrə), BDU-nun Bioekologiya kafedrasinin dosenti, UNESCO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində eksperti, Heydar Əliyev Fondunun təşəbbüsü ilə Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəri, ətraf mühitin mühafizəsi və ictimai fəaliyyətinə göra "Dədə Qorqud" Milli Fondu tərəfindən "Qızıl ürək" ordeni və Tərəqqi" medalı ilə təltif olunmuş Firuzə Sultan-zadədir.