Mahir Emreli: "Anam oyunumdan tam məmnnun olmayacaq"
    • 1-10-2021, 12:15
    • 367

Mahir Emreli: "Anam oyunumdan tam məmnnun olmayacaq"

"Adətən, anam istəyir ki, topu əldə etdikdə mümkün qədər tez zərbə endirim. Fikrimcə, o, oyunumdan tam məmnun olmayacaq. Çünki topu bir müddət özümdə saxladım".

News24.az xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunun futbolçusu Mahir Emreli evdə "Lester"ə 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Varşava təmsilçisinin yeganə qoluna imza atan 24 yaşlı hücumçu komandası üçün əla gecənin alındığını bildirib: "Artıq 2 oyundan 6 xalımız var. Bu, xəyal yox, gerçəkdir"!

Emrelinin sözlərinə görə, artıq futbolda favorit yoxdur, hər şey futbolçunun beynindədir: "Oyundan əvvəl demişdim ki, biz bu imkandan ekzotik bayram kimi yararlanmalıyıq. Çünki belə ab-havada bu cür yaxşı komandaya qarşı çıxış edirdik və istəyimizə nail olduq".