Cəbrayılın işğaldan azad edilməsinin 1 ili
    • 4-10-2021, 08:43
    • 502

Cəbrayılın işğaldan azad edilməsinin 1 ili

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 1 il ötür.

News24.az xəbər verir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Ötən ilin bu günündə həmçinin Cəbrayılın Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndləri də düşmən işğalından azad olunub.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olub. İşğal dövründə Cəbrayıl şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edilib, ekoloji terror törədilib.