Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb
    • 20-11-2018, 10:19
    • 1 048

Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb

Nepal və Hindistan ən yüksək çirklənmiş hava konsentrasiyası olan ölkələrdir.

Bu barədə ABŞ-ın Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu tərəfindən aparılan araşdırmada deyilir.
Araşdırmanın nəticələrinə görə, bu ölkələrdə havanın çirkli olması yerli sakinlərin ömrünü, təxminən, 4 il qısaldır. Eyni zamanda, Hindistanın Bihar, Uttar Pradeş ştatlarında havanın çirklənmə dərəcəsi daha yüksək olduğundan insan həyatının qısalan hissəsi 6 ildir.
Araşdırmada bildirilir ki, dünyada, təqribən, 5,5 milyard insan havanın çirklilik səviyyəsinin ÜST normalarından artıq olduğu bölgələrdə yaşayır. Bununla belə qeyd edilir ki, Asiya bu göstərici üzrə rekordçudur. 

//Report