Baş prokurorluq turizm şirkətlərinə xəbərdarlıq etdi
    • 6-10-2021, 16:12
    • 373

Baş prokurorluq turizm şirkətlərinə xəbərdarlıq etdi

Son zamanlarda ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır.

Ba. Prokurorluqdan News24.az-a verilən məlumata görə, həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir.

Bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketlərini” almağa tələsirlər və  nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər. Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik. Azərbaycan Respublikası Baş Prokurorluğu saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir.