Faiq Ağayevi "öldürdülər"
    • 7-10-2021, 18:25
    • 985

Faiq Ağayevi "öldürdülər"

Xalq Artisti Faiq Ağayevin "Wikipedia" səhifəsinə hücum edilib.

News24.az xəbər verir ki, bu barədə ifaçı "Facebook" hesabında məlumat verib. Beləki, "Wikipedia"da ifaçının ölüm tarixi 4 avqust 2021-ci il, səbəbi isə avtomobil qəzası olaraq göstərilib. 

F.Ağayev bildirib ki, son günlər Azərbaycanın görkəmli artistlərinin "Wikipedia" məqalələrinə yalan ölüm məlumatları əlavə edirlər.

Xalq Artisti məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib.