Naxçıvana Ermənistan üzərindən uçan pilot:
    • 8-10-2021, 12:00
    • 685

Naxçıvana Ermənistan üzərindən uçan pilot: "Ağlımda qalan Göyçə gölü oldu" - VİDEO

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə edib. 
 
News24.az xəbər verir ki, Ermənistan üzərindən ilk aviauçuş həyata keçirən pilot və bələdçi təəssüratlarını bölüşüblər. 

Pilot Ramil Yusifov deyib ki, uçuş səhər saat 8-də reallaşdırılıb. Sərnişinlər mənzil başına saat 9-da, yəni 10 dəqiqə daha tez çatıblar.

Ramil Yusifov təyyarəni idarə edə-edə ətrafa çox diqqətlə nəzər yetirdiyini bildirib. Onun dəqiq gördüyü və ağlında qalan yeganə ünvan isə Göyçə gölü olub.

Həmin gün təyyarədə olan 5 bələdçidən biri də Leyla Rzayeva olub. O deyib ki, həmin gün işə gələn zaman məsələdən xəbəri olmayıb.

Təkcə bələdçilər yox, təyyarədə olan sərnişinlərin də Ermənistan üzərindən uçuş edəcəkləri barədə məlumatları olmayıb. Onlar yalnız monitorlarda xəritəni görəndə Ermənistan səmasından keçdiklərini biliblər.

Qeyd edək ki, heyət dünən eyni istiqamət üzrə 2 uğurlu  reys reallaşdırıb. /Xezerxeber.az/