DİN: “Göygöldə it döyüşdürənlərin kimliyi BƏLLİ OLDU
    • 11-10-2021, 18:02
    • 1 091

DİN: “Göygöldə it döyüşdürənlərin kimliyi BƏLLİ OLDU" - VİDEO

Dünən Göygöl rayonunda öz miqyası ilə hər kəsi heyrətə gətirən qanlı it döyüşü təşkil olunub. Görüntülər sosial şəbəkədə yayılandan sonra ciddi etiraza səbəb olub.

News24.az olaraq məsələ ilə bağlı məlumat almaq üçün DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovla əlaqə saxladıq.

O saytımıza açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb və şəxslərin bir qismi görüntülərlə müəyyən edilib: “Bütün iştirakçılar müəyyən edildikdən sonra onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək. Hadisə cinayət yox, inzibati tərkib yaradır. Böyük ehtimal ki bir-iki gün ərzində məsələyə hüquqi qiymət veriləcək”.