-
- 13-10-2021, 13:15
- 520
Koronavirusdan ölən 9-cu sinif şagirdi xəstəxanaya kritik vəziyyətdə gətirilibmiş
Koronavirusdan vəfat edən doqquzuncu sinif şagirdi xəstəxanaya kritik ağır vəziyyətdə daxil olubmuş.
7 saylı Uşaq İnfeksion Xəstəliklər Xəstəxanasından bildirilib ki, 9-b sinif şagirdi Əsgərov Kamil İslam oğlu xəstəxanaya son dərəcə ağır vəziyyətdə, ürək tənəffüs çatışmazlığı əlamətləri ilə daxil olub. Onun saturasiyası 42-48, oksigen də 70-72 olub. Rentgen müayinəsində agciyərlərin yuxarı payı zədələnmiş olub. /Virtualaz.org/
10.58
Sumqayıt şəhərində koronavirusa yoluxan 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına tam orta məktəbdən verilən məlumata görə, məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Qeyd edilib ki, oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib:
"Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq, vəfat edib”. /Trend/