Dəhşətli qəza barədə açıqlama: Sürücü o qədər yuxulu olub ki... - VİDEO
    • 13-10-2021, 11:44
    • 496

Dəhşətli qəza barədə açıqlama: Sürücü o qədər yuxulu olub ki... - VİDEO

Xəbər veridyimiz kimi, bu gün səhər saatlarında aeroport yolunda ağır yol qəzası baş verib. Yük maşını və avtobusun toqquşması zamanı baş verən qəzada xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb. 

News24.az-ın xəbər verir ki, hadisənin təfərrüatı haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər" TV-yə açıqlama verib. O bildirib ki, ilkin məlumata görə qəza Mərdəkan istiqamətində hərəkət edən "Mersedes" markalı yük avtomobilinin sürücüsünün yuxulu olması üzündən baş verib: "Yük maşını hərəkətdə olan 171 saylı avtobusa arxadan dəyib. Avtobusu 200 metrədək sürüyərək piyada keçidinin altındakı köşkə çırpıb. Qəza nəticəsində həm avtobusda olan sərnişinlər, həm də ərazidə olan piyadalar arasında ölən və xəsarət alanlar var.  Sürücü o qədər yuxulu olub ki, hadisədən 1 kliometr sonra avtomobilini dayandıra bilib".