SON DƏQİQƏ! Bakıda dəhşətli qəza - Çox sayda ölən və yaralanan var
    • 13-10-2021, 09:00
    • 2 632

SON DƏQİQƏ! Bakıda dəhşətli qəza - Çox sayda ölən və yaralanan var

Aeroport yolunda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb. 

Bu barədə News24.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Onlardan 11-i kişi, 10-u qadındır. 

Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

Qeyd olunub ki, bu, saat 09:00-a olan məlumatdır.  

Bildirilib ki, qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur.

Bu barədə ətraflı məlumat veriləcək.

***08:45
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markakı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.

Qəza nəticəsində hadisə yerində 5 nəfər həlak olub.