Aeroport yolunda minik maşını avtobusa çırpıldı - xəsarət alanlar var
    • 4-03-2019, 16:24
    • 835

Aeroport yolunda minik maşını avtobusa çırpıldı - xəsarət alanlar var

Bu gün aeroport yolunda ağır avtomobil qəzası olub.

News24.Az-ın məlumatına görə minik maşını 136 saylı xətt avtobusuna çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılara ilkin tibbi yardım göstərilib.
Qəzadan sonra yolun Xəzər rayon istiqamətindəki hissəsində güclü tıxac yaranıb. Polis əməkdaşları əraziyə gələrək, yolu açıblar.

Taleh BAĞIROV