Dəhşətli qəzanı törədən sürücünün FOTOLARI
    • 13-10-2021, 17:12
    • 1 153

Dəhşətli qəzanı törədən sürücünün FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

News24.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, aeroport yolunda sərnişin avtobusuna çırpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub. 

Bildirilir ki, bu şəxs Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğludur.

M.Əzizovun şübhəli şəxs qismində saxlanıldığı qeyd olunur.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza zamanı idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilin bu ilin yanvar ayından idarə edir.