Ərdoğan Azərbaycana bu tarixdə gələcək
    • 14-10-2021, 14:26
    • 612

Ərdoğan Azərbaycana bu tarixdə gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix açıqlanıb.

News24.az "HaberGlobal"a istinadən xəbər verir ki, səfər noyabrın 8-də Qarabağ Zəfərinin birinci ildönümü çərçivəsində baş tutacaq.

Bildirilir ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir.