Canəli Əkbərovun qızı OD PÜSKÜRDÜ: Hansı şərəfsiz yazıb...
    • 20-10-2021, 12:16
    • 504

Canəli Əkbərovun qızı OD PÜSKÜRDÜ: Hansı şərəfsiz yazıb...

“O xəbəri hansı şərəfsiz yazıb bilmirik. Canəli müəllimin xəstə olduğunu öyrənən jurnalist əvvəlcə zəng edib məlumatı bizimlə dəqiqləşdirməlidir. Yalan məlumatdır, əvvəla Canəli bəy koronavirusa yoluxsa idi, niyə onu ev şəraitində müalicə edirdik? Bu qədər cahilik ki, koronavirus xəstəsini evdə müalicə edək? Yoxsa xalq düşməniyik ki, hamını virusa yoluxduraq? Üstəlik, hər gün tələbələri gəlib onu ziyarət edir. Sizcə, ilin-günün bu vaxtında koronavirus xəstəsini tələbələri gəlib ziyarət edə bilər? Nəvələri və qohum-əqraba da yanındadır”.

News24.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Canəli Əkbərovun qızı Sevinc Əkbərova deyib.

Sənətçinin qızı məlumatın dəqiqləşdirilmədən yayılmasına üsyan edib:

“Əgər koronavirus xəstəsi olsaydı, biz onu ECMO cihazına qoşardıq, niyə evdə süni nəfəs aparatına qoşaq ki? Canəli Əkbərov 2 il əvvəl beyin insultu keçirib. Ölkəmizin birinci xanımı Mehriban Əliyeva sağ olsun, onun müalicəsinə dəstək oldu, 2 dəfə dövlət xətti ilə müalicə olundu. Onda da həkimlər məsləhət bildi ki, süni nəfəs aparatına qoşulsun. İndi də eyni hal təkrar olunub, həkim hərdən süni nəfəs aparatına qoşmağı tapşırıb. Hər süni nəfəs aparatına qoşulan koronavirus xəstəsi deyil. Hazırda evdədir, ev şəraitində müalicə alır”.

Sevinc xanım bildirib ki, anasının da vəziyyətinin ağır olması haqqında yayılan xəbərlər yalandır:

“Mart ayında Canəli müəllimin 81 illiyi oldu, heç bir kanal bunu işıqlandırmadı, bir veriliş hazırlanmadı, konsertləri göstərilmədi. Elin böyük sənətkarıdır, bu sənətkarlardan bir də dünyaya gəlməyəcək... Nə olardı ki, 81 yaşı qeyd olunardı... Amma koronavirus olmadığı halda bu xəstəliyə yoluxduğunu bütün mətbuat işıqlandırır. Bu cür münasibət bizi incidir”.

Qeyd edək ki, bəzi saytlar Xalq artisti Canəli Əkbərovun və həyat yoldaşının koronavirusa yoluxduğunu iddia edib.