Səhhəti pisləşdiyi deyilən Rasizadə danışdı
    • 23-10-2021, 16:23
    • 340

Səhhəti pisləşdiyi deyilən Rasizadə danışdı

Azərbaycanın sabiq baş naziri Artur Rasizadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

86 yaşlı A.Rasizadə hazırda sağlıq durumunun çox yaxşı olduğunu bildirib.

O qeyd edib ki, narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.

A.Rasizadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub:

“Artıq Bakıya dönmüşəm və hazırda evimdə dincəlirəm”.

O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş. /Modern.az/