Sabirabadda toy məclisinə görə EV SAHİBİ CƏRİMƏLƏNDİ
    • 25-10-2021, 13:55
    • 278

Sabirabadda toy məclisinə görə EV SAHİBİ CƏRİMƏLƏNDİ

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Yenikənd kənd sakini Əlimuxtar Əhmədovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.