Bakı metrosunda cibgir tutuldu
    • 26-10-2021, 14:05
    • 627

Bakı metrosunda cibgir tutuldu

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.

News24.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da metronun Nəriman Nərimanov stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.