23 bıçaq zərbəsilə oteldə "öldürülən" azərbaycanlı müğənni EFİRƏ ÇIXDI - VİDEO
    • 27-10-2021, 10:08
    • 448

23 bıçaq zərbəsilə oteldə "öldürülən" azərbaycanlı müğənni EFİRƏ ÇIXDI - VİDEO

Ölkə mediasında 23 bıçaq zərbəsilə qətlə yetirildiyi bildirilən müğənni Aygün Mirzəyeva "Space TV"-nin “TərəfSiz” tok-şousunda qonaq olub. 

News24.az xəbər verir ki, zərərçəkmiş qismində tok-şonun efirinə qonaq olan müğənni başına gələn hadisənin real təfərrüatlarını və törədilən cinayət hadisəsinin səbəblərinə aydınlıq gətirməyə çalışıb. 

Xatrladaq ki, iyulun 16-dan etibarən sosial şəbəkələrdə Nizami rayonunda yerləşən otellərin birində müğənni A.Mirzəyevanın qətli ilə bağlı video görüntülü xəbər başlıqları manşet oldu. Otel otağındakı kamera vasitəsilə lentə alındığı iddia olunan kadrlarda cinsi əlaqədə olan şəxslərin intim münasibət zamanı başqasına tutulması və həmin adamın onlara bıçaqla hücum edərək qadını öldürməsi əks olunub. 

Cinayət hadisəsi barədə Nizami Rayon Prokurorluğu məlumat yayaraq faktla Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlandığı, şübhəli şəxs qismində Əli Məmmədovun tutularaq istintaqa cəlb edildiyi bildirilib.

Lakin, media nümayəndələri istintaqı davam edən cinayət hadisəninin qurbanı A.Mirzəyevanın səhhəti və hadisənin real motivlərini araşdırmadan həqiqəti əks etdirməyən görüntülərin üzərindən dezinformasiya xəbər başlıqlarını tirajlamağa davam edib.

Qeyd edək ki, 24 illik yayım tarixi olan "Space TV"də yeni mövsümlə bağlı bir çox dəyişikliklər edilib.  Məşhur aparıcıların fərqli təqdimatı ilə yeni proqramlara imza atan “SpaceTV”də  daha bir sosial layihə efirə başlayıb.   

Cəmiyyəti narahat edən sosial problemlərin və aktual hadisələrin müzakirə olunduğu “TərəfSiiz” tok-şousu həftə içi hər gün saat 16:00-dan 19:00-dək tanınmış aparıcı Ramal Hüseynovun təqdimatında yayımlanır. 

“TərəfSiz” tok-şousunun 27 oktyabr 2021-ci il tarixli - ölkədə məişət zorakılığı zəmnində törədilən qadın qətillərinin analiz olunduğu efir günündə də müğənninin başına gətirilən hadisələrin təhlilinin davam etdirilməsi nəzərdə tutulur.