Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olundu - FOTO
    • 28-10-2021, 11:19
    • 451

Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olundu - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

News24.az nazirliyə istinadən xəbər verir ki, bu vəzifə Arif Baloğlan oğlu Məmmədova həvalə edilib.

O, indiyə qədər Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

A.Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib.

O, müxtəlif illərdə Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.