-
- 28-10-2021, 12:55
- 1 466
Uşağı aldadıb evə daxil oldu, hamama salıb zorladı – Azərbaycanda iyrənc hadisə
Gəncə Ağır Cinayətlər Məhkəməsində Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Samir Məmmədov barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (14 yaşna çatmayan şəxsi zorlamaya cəhd) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 21-də başa çatan məhkəmə prosesində məlum olub ki, hadisəni törədən şəxs ötən ilin 28 oktyabr tarixində, saat 14 radələrində sərxoş vəziyyətdə Daşkəsən şəhəri, İ.Qayıbov küçəsində yerləşən binanın qarşısına gəlib.
Azyaşlı Nigar Babayevanın (şərti adlı) valideynlərinin evdə olmadığını yəqinləşdirən 35 yaşlı Samir evə daxil olaraq onunla zorla cinsi əlaqədə olmaq qərarına gəlib.
Bu niyyətlə o, qıza pul verərək meyvə arağı almaq adı ilə sonuncudan binanın birinci mərtəbəsində yerləşən mənzilin bağlı vəziyyətdə olan giriş qapısının açarını pəncərədən alaraq qapını açıb mənzilə daxil olub. Samir əvvəlcə zərərçəkmiş şəxsdən bir stəkan su istəyib, lakin ona verilən suyu içməyərək yerə töküb və stəkanı əlində sındırıb.
Cinsi zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan N.Babayeva məhkəmədə deyib:
"Samir meyvə arağı alacağını və evin qapısını açmağımı dedi. Mən Samirə valideynlərimin evdə olmadığını, buna görə də evin qapısını açmayacağımı deyib, həmin yerdən çıxıb getməsini tələb etdim. Lakin bu zaman Samir cibindən 1 manat pul çıxararaq, həmin pulu ona uzadaraq meyvə arağı alacağını qapını açmağımı dedi. Bundan sonra mən evin dəhlizində olan kartof yeşiyinin altındakı açarı götürərək pəncərədən Samirə verdim, o, açarla qapını açaraq mənzilə girdi. Açarı Samirə verən zaman bacım ona açarı verməməyimi dedi, lakin onun sözünə qulaq asmadım. Samir mənzilə daxil olarkən azyaşlı qardaşımla bacılarım evdə idi. Samir mənim qardaş və bacılarımı digər otağa saldıqdan sonra 1 stəkan su istədi, mətbəxdən Samirə stəkan su gətirdim, lakin o, həmin suyu içməyərək stəkanı əlində sındıraraq yerə atdı və məni zorla əlimdən tutaraq hamam otağına apardı”.
İfadələrdən məlum olur ki, azyaşlı qızı hamama salan seksual manyak 10-15 dəqiqə ərzində ona qarşı zorakılıq hərəkətləri edib, zorla cinsi əlaqədə olmağa çalışıb, həmçinin qızı soyunduraraq ona qarşı müxtəlif əxlaqsızlıq hərəkətlər edib. Ağrıya dözməyən qızın qışqırmasına onun kiçik bacısı gələrək hamamın qapısını açmağa çalışıb və dəhlizdə ağlayaraq kömək çağırıb. Hadisə yerinə qonşuluqda yaşayan qadınlar gəlib və onlar çətinliklə qapını açıblar. Yarıçılpaq vəziyyətdə olan Samir Məmmədov şalvarını geyinərək qaçmağa başlayıb. Qonşular onu qovsa da, o aradan çıxıb.
Məhkəmədə ifadə verən Samir Məmmədov əməlini etiraf etməyib və evə ayaqyoluna getmək məqsədilə daxil olduğunu deyib. Hadisə baş verən gün kafedə yeyib içdiyini və oraya meyvə arağı almaq məqsədilə gəldiyini deyən şəxs, şahidlərin və zərərçəkmişin dediklərini inkar edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi Samirin 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib. O, cəzasını ciddi rejimli müəssisədə çəkməlidir.