Xanımı qəzada ölən şəhidin övladı xəstəxanadan EVƏ BURAXILDI - FOTO
    • 29-10-2021, 11:09
    • 250

Xanımı qəzada ölən şəhidin övladı xəstəxanadan EVƏ BURAXILDI - FOTO

Vətən müharibəsində Şəhid olan mayor Rəhim Hüseynovun həyat yoldaşının Kürdəmir rayonunda baş verən ağır yol qəzasında vəfat etməsi barədə məlumat vermişdik.

News24.az-ın məlumatına görə, dəhşətli qəza zamanı avtomobildə olan şəhidin kiçik oğlunda daxili qanaxma olduğu məlum olub.

Uşaq Bakıda Elmi Tədiqat Pediatriya İnstituna yerləşdirilib və dərhal müalicəyə başlanılıb. Dünən azyaşlı evə buraxılıb.

Qeyd edək ki, şəhidin oğlu anası ilə birgə Zərdaba atasının anım mərasiminə gedərkən qəzaya düşüb.

Pediatriya İnstitutundan News24.az-a bildirilib ki, körpəmizi çox ağır vəziyyətdə daxili qanaxmayla xəstəxanaya çatdırılıb. Erkən Yaşlı uşaqların cərrahiyyə şöbəsində yüksək ixtisaslı, təcrübəli, peşəkar həkimlər tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərildikdən sonra vəziyyəti daha da yaxşılaşıb. 

Şöbədə bir neçə gün müalicəsi davam etdikdən sonra Şəhidin bizlərə əmanət qoyduğu övladını sağ salamat evə yola salınıb.