“Ana deyib ki, qızın qarnına su yığılıb, həkimə aparmaq lazımdır”
    • 30-10-2021, 10:17
    • 462

“Ana deyib ki, qızın qarnına su yığılıb, həkimə aparmaq lazımdır”

İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub. 

News24.az xəbər verir ki, Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub. Bildirilib ki, ana Ş.G 27 oktyabr tarixində qızını götürərək qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır. Ailənin sözlərinə görə, bundan sonra azyaşlının nənəsi ilə birgə qızı götürərək həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir. 

Məlumata görə, 11 yaşlı qızın anasının həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini F.Q ilə qeyri-rəsmi birgə yaşamağa başlayıb. 

“O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir”, - bu sözləri qızın əmisi bildirib. 

Həmin şəxsin qızı bir neçə dəfə zorladığı iddia edilir. Əminin iddiasına əsasən, ana hadisəni bilərəkdən gizlədib. 

Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.