Bakıda maşınlardan oğurluq edən şəxs saxlanıldı
    • 1-11-2021, 12:16
    • 363

Bakıda maşınlardan oğurluq edən şəxs saxlanıldı

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılmışdır. 

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2224 manat pul, bankomat kartları və sənədlər, 1150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması da müəyyən edilmişdir.