-
- 1-11-2021, 18:14
- 4 784
“Vətəndaş 250 manata ailəsini NECƏ DOLANDIRSIN?” – Deputat QİYMƏT ARTIMINDAN DANIŞDI - VİDEO
News24.az-ın “millət vəkilinə 5 sual” rubrikasının bugünkü qonağı Böyük Quruluş Partiyasının rəhbəri, millət vəkili Fazil Mustafa olub.
Biz Fazil Mustafa ilə gündəmdə olan bir çox məsələləri müzakirə etdik.
Müsahibəni təqdim edirik.
- Fazil müəllim, bir neçə gün əvvəl həmkarınız Cavanşir Paşazadənin Feysbuk hesabında qrammatik səhvlərlə dolu paylaşdığı status izləyicilərin məzəmmətinə səbəb oldu. Köməkçisi isə statusu sürücüsünün yazdığını və işdən azad olunduğunu dedi. Bu məsələyə münasibətiniz necədir?
- Mən də bəzən yazılarımda səhvlər edirəm. Sonradan dostlarım səhvlərimi göstərir. Bu, o demək deyil ki, mən savadsızam. Texniki çətinlik olanda belə səhvlər olur. Bu gün sosial şəbəkəni lağ-lağaya çevirənlər və başqalarını təhqir edənlər insanların vaxtını oğurlayan şəxslərdir. Məsələn digər həmkarımız Musa Quliyev bu yaxınlarda qadınların problemini gündəmə gətirdi. Ancaq qadınların çoxu ona istehza etməyə başladı. Musa Quliyev qadınların problemini diqqətə çatdırmaq üçün bu variantdan istifadə etdi. Yoxsa o demir ki, qadınların əməyi maddiyatla ölçülür. Həqiqətən də qadınlar Azərbaycanda əzilən, döyülən insan obrazındadırlar. Rayon və kəndlərdə qadınlar biloji funksiya yerinə yetirməkdən başqa heç bir dəyərə malik deyil. Yəni, onlar iqtisadi azadlığı olmayan şəxslərdir. Feminizmdən danışanlar Musa Quliyevi təhqir və tənqid etməyə başladılar. Bu isə problemi anlamamaqdan irəli gələn bir məsələdir.
- Mövcud vəziyyətdə qaz və işığın tarif qiymətlərinin qalxmağını doğru hesab edirsiniz?
- Maya dəyərinə əsasən, qaz və işığın qiymət artımı əsaslandırıla bilər. Ancaq bir məsələ var. Qazın qiyməti əmək haqqı min manatdan yuxarı olan ölkələrdə qaldırılır. Bizdə isə orta əmək haqqı 300-400 manat civarındadır. Bu məbləğ normal həyat yaşamaq üçün yetərli deyil. Bizdəki xidmətlərin çoxu keyfiyyətsizdir. Bundan əlavə, biz keyfiyyətli qaz ala bilmirik. Maaşı yüksək səviyyədə olan cəmiyyət yaradılmalıdır ki, qiymətlər qalxanda xalq etiraz etməsin. Elə bir məşğulluq sistemi qurulmalıdır ki, vətəndaşlarımız standartlardan yuxarı həyat tərzinə qovuşsun. Bəzən deyirlər ki, DOST mərkəzləri var, vətəndaşlarımız müraciət edə bilər. 250 manata ictimai iş görən bir insan ailəsini necə dolandırsın? Vətəndaşlar boğazından kəsib, kommunal xərcləri ödəməlidir. Hesab edirəm ki, əvvəlcə maaşlar yüksək səviyyədə olmalıdır. Daha sonra dünya bazarı ilə nəyisə müqayisə edib, qiymətləri artırmaq olar. Belə olan halda qiymət artımına vətəndaşlar anlayış göstərəcək. Maaşlar aşağı olduğu halda təbii ki, bu narazılıq hər zaman olacaq.
- Cəmiyyətimizdə rus dilinə marağın yüksək olmasını nə ilə əlaqələndirirsiniz?
- Azərbaycan cəmiyyətində rus dili vasitəsilə xarici ədəbiyyatın mənimsənilməsi ənənəsi var. Biz Azərbaycan dilində texniki, fəlsəfi, humanitar zənginliyi yarada bilmirik. Müstəqillik dönəmindən etibarən çox sayda tərcüməçi ordusu yetişdirməliydik. Ancaq heç birini edə bilmədik. Savadlı virusoloqumuz yoxdur. Bizdə Tibb universitetini bitirənlər Türkiyədə rezidentura təhsili almalır. Universitet yarada bilmədik. Tibblə bağlı problem 20 il öncə Türkiyədə də var idi. Amma onlar bu problemi həll etdi. Təhsil üçün xaricə gedənlərə şərt qoyuruq ki, Azərbaycana qayıt. Bu, yanlış tələbdir. Xaricdə təhsil alan, yaşayan, işləyən azərbaycanlılar bankdakı kapital kimidir. Xarici ölkələrdəki ali təhsilli gənclər bizim sərvətimizdir. Əziz Sancar, Oqtay Sinanoğlu kimi alimlər Amerikada yetişib. Onlar hansısa formada öz nüfuzları ilə elmi dəyərini həmin ölkəyə qaytarırlar. Biz biznesi hər şeyin önünə qoymuşuq və mövsüm üzrə qazanmağı sevirik. Zaman üzrə qazanmağı sevən cəmiyyət deyilik. Yaxşı ki, Qarabağ məsələsi bir az bizi oyatdı. Daha çevik, geniş düşünməyi və qələbə qazanmağı bacaran millətə oxşamağa başladıq.
- Sizcə, Milli Məclisdə təmsil olunan deputatlardan neçəsi xalqın sözünü deyir? Yəni neçəsi millətin vəkilidir?
- “Xalqın yanında olmaq, xalqın sözünü demək” ifadələrini qəbul etmirəm. Xalqın yanında olmaq yox, xalqdan yana olmaq lazımdır. Xalqın yanında olmaq şəkil çəkdirməkdir, görüntüdür, ancaq xalqdan yana olmaq hətta xalqın yanlış anlaya biləcəyi doğruları belə çəkinmədən, cəsarətlə demək anlamına gəlir. Xaqın xoşuna gələni demək lazım deyil. Cəlil Məmmədquluzadə “Ölülər” əsərini yazanda dedi ki, sizi hər bir kəs aldada bilirsə, siz ölüsünüz. Ancaq bunun əvəzinə siz dirisiniz, gözəlsiniz desə, nəyisə dəyişə bilməyəcəkdi.
- İslam dini cəmiyyətimizə düzgün aşılanır? Ümumiyyətlə, din barədə düşüncələriniz nədir?
- İslam dini ən çox təhrif olunan dindir. İslamın nəzəri əsasları Azərbaycanda heç vaxt müzakirə edilməyib. İslam Azərbaycanda yox kimidir. Quranda hər şey çox aydın, səlis formada yazılıb. Qurana söykənməyən zehniyyət rəvayətə, dedi-qoduya, hədisə və s. dayanır. Azərbaycan xalqının İslam anlayışı falçılıq və bütbərəstliklə bağlıdır. Nə varsa qarışdırımışıq. İslam yeniliyə açıq bir dindir. İslamın mahiyyəti insanlığa verilən bir mesajdır. Ancaq dövrə görə tətbiqi fərqli olur. Bir də görürsən ki, hansısa dindar yəhudini, xristiyanı söyür, amma onun kəşf etdiyi maşından, televizordan, telefondan istifadə edir, Feysbukdan çıxmır. Sadaladıqlarımız haramdısa niyə öz həyatlarına tətbiq etmirlər?
Cihad anlayışını bu günə daşıyan zaman təhrifə yol verirlər. Cihad peyğəmbərin tətbiq edəcəyi bir üsul idi. Bizdə isə 10 il öncə yüzlərlə insan Suriyada bu adla əməliyyatlara qatıldı. Sonda isə öldülər, həbs edildilər və s. Qarabağda verilən savaş anlaşılandır. Yəni Qarabağda vətən uğrunda döyüşürsən. Bəs, siz bir axmaqlıq ucbatından Suriyada nəyin savaşını verdiniz? Sizi bir siyasi vasitə kimi istifadə etdilər. İslamın mahiyyətini anlayan zaman insanı müdrikləşdirir. Bu zaman qatilə çevrilmirsən. Ancaq necə olur ki, bu qədər insan cahilə, nadana, caniyə çevrilir? Axı Quranı oxuyan düzgün yolda olmalıdır. Quranı oxuyan, anlayan şəxs qadını necə alçalda, əzə, aşağılaya bilər? Deməli, qurana yox, subyektif fikirlərə söykənən dinə etiqad edir. İslam deyəndə qorxu və vəhşilik ağıla gəlir. Halbuki İslam deyəndə təhlükəsiz bir din ağıla gəlməlidir. Birinci insan olmaq lazımdır, sonra müsəlman. Bizdə əvvəlcə müsəlman olurlar, sonra da deyirlər “biz insanıq”. 21-ci əsrdə bir sahibkar cənnətdə yer almaq üçün sənin pulunu mənimsəyirsə, bu nadanlığın qarşısında doğru İslamı anlatmasaq, proses 100 il bundan sonra da eyni qaydada davam edəcək.
- 25-ci kitabınızın təqdimatı oldu. Bu münasibətlə sizi təbrik edirik. "Səsimizi batıran küyümüz" deyəndə nəyi nəzərdə tutursunuz?
- İnsan fikini ifadə etmək üçün sözü ədəbli formada seçməyə məhkumdur. Bəzən görürük ki, iki-üç cızma-qarası olan natamam insanlar sosial şəbəkədə məşhurlaşmaq üçün içib, ağıllarına gələni danışırlar. Onu izləyənlər də deyir biz sənin müridlərinik, sən ağıldayıq. Baxırsan ki, təhsilli yazıçı, jurnalist və s. onun arxasınca düşür. Küyün dalınca gedən insan sürüsü cəmiyyətdə çoxalanda səsə, sözə dəyər verən insan sayı azalmağa başlayır və sonda idarəolunmaz vəziyyətə gətirib çıxarır. Küyün qabağında durmaq lazımdır. Cəmiyyətdəki insanları iki kateqoriyaya bölürəm: narazı və narahat insanlar. Azərbaycanda narazı insanların sayı çoxdur. 200 manata ehtiyacı olan narazı insana 300 manat verəndə o rahatlıq tapır və həyat hədəfi sona çatır. Ən dəyərli insanlar narahat insanlardır. Narahat insanlar cəmiyyətdəki problemləri görən zaman öz töhfələrini verməyə çalışırlar.
Video: Nicat Niftəliyev