-
- 3-11-2021, 10:41
- 683
Ələ keçirdiyi pulla Nabranda ev tikdirdi, xanımına avtomobil aldı - BAKIDA ŞOK FIRILDAQ
Bakıda tanışlarına külli miqdarda pul “atan” biznesmen barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, 1983-cü il təvıllüdlü Emin Məmmədov özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etmək məqsədi ilə taxta biznesi ilə məşğul olduğunu , həmin şəxsləri biznesə şərik edəcəyini, Rusiyadan gətirəcəyi tikinti materialı olan taxta məmulatlarının satışından əldə edəcəyi puldan onlara əlavə qazanc verəcəyini yalandan vəd verib aldadaraq Murad və Elçin adlı dostlarından müvafiq olaraq 34 min və 124 min manat alıb, lakin pulu vəd edilmiş vaxtdan xeyli keçsə də geri qaytarmayıb.
Telefon biznesi və bərbərliklə məşğul olan həmin şəxslər hüquq-mühafizə orqanlarına müraciət edərək Eminin məsuliyyətə cəlb edilməsini və onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.
İstintaq zamanı məlum olub ki, Emin son dövrlər əldə etdiyi vəsaitlə həyat yoldaşına avtomobil alıb, həmçinin Nabranda ev tikdirib. Bundan başqa o, digər dostundan aldığı 28 min manatı geri qaytarıb. Lakin təqsirləndirilən şəxs pandemiya səbəbindən biznesinin çökdüyünü və digər dostlarından aldığı vəsaitləri hələlik geri qaytara bilmədiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilib: “Onların qeyd etdikləri pulun məndə olmasını təsdiq edirəm, lakin o, nə Elçini, nə də Muradı aldatmamışam. Onların pulunu etibarından sui-istifadə və aldatma yolu ilə alıb ələ keçirməmişəm. Onlarla birgə bizneslə məşğul olmuşam. Pandemiya düşdü, işlərimiz alınmadı. Bu səbəbdən də onların pulunu qaytara bilməmişəm. Zərərçəkmiş şəxslərə dəymiş zərəri qəbul edirəm, həmn zərəri də ödəmək istəyirəm. Hazırda buna maddi imkanım olmadığı üçün ödəməni təmin edə bilmirəm. Mən heç kimə qarşı dələduzluq etməmişəm. İstintaqın ilkin mərəhələsində verdiyim izahatları və ifadələrimlə razı deyiləm. Mən həmin ifadə və izahatlarını oxumayaraq imza atmışam, öz xəttimlə yazdığım ifadəni isə müstəntiqin diktəsi ilə yazmışam. Ona qarşı verilən mülki iddiaları qəbul etmirəm, lakin onlara dəymiş zərəri ödəmək istəyirəm”.
Məhkəmə iş adamının 6 il müddətinə azadlıqdan məhrum edilməsinə, ona qarşı qaldırılmış mülki iddiaların təmin edilməsinə qərar verib.