-
- 20-06-2019, 13:44
- 848
Bakıda məşhur biznesmenə cinayət işi açıldı – 22 NƏFƏRDƏN ŞİKAYƏT
Bakıda fəaliyyət göstərən məşhur iş adamlarından olan Mərhəmət Bəşirova cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, tikinti, iaşə və sair kimi sahələrdə fəaliyyət göstərən iş adamı barəsində Cinayət Məcəlləsinin 195.2-ci, yəni Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - külli miqdarda ziyan vurduqda maddəsi ilə iş açılıb. İşin materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Hüseyn Səfərovun icraatına verilib.
Məlumata görə, iş üzrə 22 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlar dəymiş külli miqdarda ziyanın ödənilməsini tələb edirlər.