Qəhrəmanlar şəhəri Tərtər - Üç rəngli bayrağımıza büründü - FOTOLAR
    • 3-11-2021, 13:13
    • 488

Qəhrəmanlar şəhəri Tərtər - Üç rəngli bayrağımıza büründü - FOTOLAR

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonuna mediatur təşkil edilib.

News24.az-ın Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mediatur çərçivəsində 8 noyabr Zəfər Günü və Tərtər rayonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirililib. 

Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş ediblər. 

Ülkər Qasımova
Foto: Nicat Niftəliyev