Bakıda əcnəbilərin "İPhone"-nu oğurlayan taksi sürücüsü SAXLANILDI - VİDEO
    • 3-11-2021, 18:18
    • 517

Bakıda əcnəbilərin "İPhone"-nu oğurlayan taksi sürücüsü SAXLANILDI - VİDEO

Abşeron rayonu Mehdiabad qəsəbəsində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, taksi şirkətlərinin birində sürücü işləyən paytaxt sakini Fərid Əsgərov müştərisinə qarşı soyğunçuluq edib.

O, şirkət tərəfindən göndərilən sifarişi qəbul edərək xarici ölkə vətəndaşı olan müştərini maşına əyləşdirərək qeyd edilən ünvana aparıb. Fərid Əsgərov yolda müştərinin 2 ədəd “İPhone” markalı telefonunu, pulunu, sənədlərini götürərək hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiləri nəticəsində həmin sürücü saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı soyğunçuluq yolu ilə ələ keçirdiyi əşyalar və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Fərid Əsgərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.