Ötən gün toylara görə daha 8 nəfər CƏRİMƏLƏNDİ
    • 5-11-2021, 11:58
    • 256

Ötən gün toylara görə daha 8 nəfər CƏRİMƏLƏNDİ

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 49 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 255 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.