-
- 14-10-2021, 10:48
- 232
Ötən gün toylara görə daha 9 nəfər CƏRİMƏLƏNDİ
Oktyabrın 13-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 50 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 43 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə materiallar baxılması üçün məhkəməyə göndərilib, 147 nəfər COVID-114 pasportu olmadığına görə şənliyə buraxılmayıb.