Bakıda narkotik satan taksi sürücüsü tutuldu - FOTO
    • 6-11-2021, 14:37
    • 398

Bakıda narkotik satan taksi sürücüsü tutuldu - FOTO

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fuad Rəsulov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti və narkokuryerliklə məşğul olduğunu etiraf edib.