-
- 7-11-2021, 11:30
- 632
Komitə cəzaların sərtləşməsini təklif etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılıqları ilə bağlı cəzaların artırılması və inzibati sanksiyaların sərtləşməsi ilə əlaqədar Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edib.
News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
B. Muradova deyib ki, yerli icra hakimiyyəti orqanlarının nəzdindəki yerli komissiyaların səlahiyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının əsasnamələrinə dəyişikliklərin edilməsi də təklif olunub: “Təqdim etdiyimiz bu kompleks təkliflər müvafiq qurumlarla razılaşdırılmalıdır. Təkliflər razılaşdırıldıqdan sonra parlamentdə bu məsələyə baxıla və müvafiq dəyişikliklər edilə bilər. O zaman biz məişət zorakılığı ilə bağlı hüquqi çərçivələri müəyyən etmiş olarıq. İndiki halda Cinayət Məcəlləsində müvafiq maddələr olsa da, “Məişət zorakılığı haqqında” qanunda bu kimi halların sərt şəkildə cəzalandırılması ilə bağlı maddələrin daxil edilməsini zəruri sayırıq. Təkliflərimiz də bu istiqamətdədir”.
B. Muradova qeyd edib ki, 11 yaşlı uşağın ailədə seksual zorakılığa məruz qalması və uşaq dünyaya gətirməsi ilə bağlı məsələ özü də məişət zorakılığıdır: “Məişət zorakılığı təkcə fiziki baxımdan nəzərdə tutulmamalıdır. Məişət zorakılığı həm fiziki, həm iqtisadi, həm sosial, ən pisi isə psixoloji zorakılıqdır. Bir qayda olaraq ailələrin çoxunda daha çox psixoloji zorakılığa məruz qalanlar olur”.