"YAŞAT" Fondunun "Zəfər" Yarmarkası davam edir
    • 9-11-2021, 11:49
    • 402

"YAŞAT" Fondunun "Zəfər" Yarmarkası davam edir

Yarmarka çərçivəsində şəhidlərimizin övladları onlar üçün qurulan  səhra yəməkxanasında əsgər yeməyindən dadıblar.

News24.az xəbər verir ki, yarmarka çərçivəsində, həmçinin "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində "Dəmir Yumruq" kompozisiyası səhnələşdirilib.

29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.