“ASAN Xidmət”in rəhbəri SİLAHA SARILDI - Video/Foto
    • 29-10-2021, 16:32
    • 649

“ASAN Xidmət”in rəhbəri SİLAHA SARILDI - Video/Foto

Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan “Zəfər” Yarmarkası keçirilir.

News24.az xəbər verir ki, 29 oktyabr - 9 noyabr tarixini əhatə edəcək Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutur.

Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır. Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.

Tədbirdə “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev də iştirak edib. Dövlət Agentliyinin sədri əlində silah tutan zaman obyektivimizə tuş gəlib.

Fotoları təqdim edirik: