Azərbaycanın Zəfəri Türk Dünyasının qürur mənbəyinə çevrilib
    • 9-11-2021, 12:46
    • 394

Azərbaycanın Zəfəri Türk Dünyasının qürur mənbəyinə çevrilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Azərbaycan Respublikası bu gün möhtəşəm Zəfər Gününü bayram edir. Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi bütün Türk Dünyası tarixinin şanlı səhifələrindən biridir. Tarixi ədaləti bərpa edən bu Qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sınmaz iradəsi və siyasi bacarığı, Azərbaycan Ordusunun tükənməz gücü və Azərbaycan xalqının birliyi nəticəsində əldə edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan News24.az-a bildirilib ki, bu gün hərtərəfli inkişaf yolu keçən, müstəqil ölkə kimi öz sözünü deyən, qüdrətli və sivil dövlət olan Azərbaycanın qazandığı möhtəşəm Zəfər bütün Türk Dünyasının qürur mənbəyinə çevrilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkənin ərazi bütövlüyü və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərə Allahdan rəhmət, qazilərə şəfalar diləyir.