Hava ilə əlaqədar 70 neftçi təxliyyə olundu - Rəsmi
    • 10-11-2021, 19:15
    • 366

Hava ilə əlaqədar 70 neftçi təxliyyə olundu - Rəsmi

“Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib”.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, açıq səthlərdə aparılan işlər dayandırılıb:

“70 nəfər əməkdaşımız təxliyyə olunub”.
Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.