TƏCİLİ! 150-dən çox neftçimiz TƏXLİYYƏ EDİLDİ
    • 2-11-2019, 12:56
    • 1 456

TƏCİLİ! 150-dən çox neftçimiz TƏXLİYYƏ EDİLDİ

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 150-dən çox neftçi təxliyyə ediləcək.

News24.az xəbər verir ki, noyabrın 2-də hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Hazırda 150-ə yaxın əməkdaşımız sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.