Bakı məktəblərində davamiyyət AŞAĞI DÜŞDÜ
    • 11-11-2021, 10:42
    • 302

Bakı məktəblərində davamiyyət AŞAĞI DÜŞDÜ

Güclü külək Bakıdakı ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisinə mənfi təsir edib.

Bakı Şəhəri Təhsil İdarəsindən News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir" - İdarədən bildirilib.