-
- 11-11-2021, 16:55
- 1 037
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər ARTIRILDI - SƏRƏNCAM
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
News24.az xəbər verir ki, sərəncama əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib:
1.1. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.4. Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat
akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat.”;
1.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə bu Sərəncamın 1.2–1.4-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.”;
1.3. 3-cü hissədə “və 1.4-cü bəndləri” sözləri “bəndi” sözü ilə əvəz edilsin və həmin hissədən “və peşə təhsili müəssisələrinin tələbələrinə” sözləri çıxarılsın.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.