Sürücünün başına küt alətlə xəsarət yetirib telefonunu oğurladı
    • 12-11-2021, 13:41
    • 423

Sürücünün başına küt alətlə xəsarət yetirib telefonunu oğurladı

Bakı şəhər sakininə qarşı quldurluq edilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə noyabrın 7-də saat 2 radələrində Hökməli qəsəbəsi ərazisində paytaxt sakini O.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobildə şərnişininin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məhərrəmli müəyyən edilərək saxlanılıb.