Vətən müharibəsinin daha bir iştirakçısı işlə təmin olundu
    • 12-11-2021, 14:12
    • 327

Vətən müharibəsinin daha bir iştirakçısı işlə təmin olundu

Vətən müharibəsinin iştirakçısı, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Kamran Həmzəyev Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) işə qəbul olunub.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, o, hazırda MEMİM-in Təlim-tədris şöbəsinin metodisti vəzifəsində çalışır. Mərkəzin əməkdaşları sırasına qatıldığı gündən diqqət görən Kamran Həmzəyev Vətən müharibəsində iştirakına görə və 25 yaşının tamam olması münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunub.