-
- 12-11-2021, 15:18
- 397
Fəhlə işıqforun şüşəsini təmizləyərkən YIXILDI
13.07.2021-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 7 nömrəli İmişli İşarəvermə və Rabitə sahəsində fəhlə işləyən Allahverdi İmanovun iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Füzuli rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, qeyd olunan müəssisədə elektrik mexaniki işləyən Əhliman Səfərovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi öz vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən fəhlə Allahverdi İmanov işıqforunun şüşəsini təmizlərkən 7 metr hündürlükdən yerə yıxılmış və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.
Əhliman Səfərov Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.