-
- 12-11-2021, 15:51
- 1 276
"Hansı əsasa görə bizdə qiymətlər qalxdı?" - Deputatdan ETİRAZ
“İlkin mərhələdə büdcə proqnozlarında neftin qiyməti aşağı səviyyədə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”.
Bu fikirləri maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Samir Şərifovun açıqlaması sosial şəbəkələrdə narazılığa və müzakirələrə səbəb oldu.
Milli Məclisin deputatı Fazil Mustafa News24.az-a açıqlamasında nazirin fikrinə münasibət bildirib:
O qeyd edib ki, ümumi müqayisələr aparılsa da, qiymət artımının əsaslandırılması təqdim olunmadı: "Hansı əsasa görə, bizdə qiymətlər qalxdı? Fikrimcə, istehsalçı ölkə kimi prosesə baxmalıyıq. Biz istehsalçı ölkəyiksə, başqa ölkələrin çəkdiyi çətinlikləri yaşamalı deyilik. Yəni digər ölkələrə nəzərən bizdə qiymətlər fərqlənməlidir. Amma bu, reallaşmadığı üçün əhali daha çox əziyyət çəkir. Təyin olunan qiymətlər istehsal faktoruna uyğun olmalıdır. Avropa ölkələrində yol və digər xərclər çox böyük məbləğlə hesablanır. Ancaq Azərbaycanda nəqliyyat daşınması və digər məsələlər olmadığına görə, daha sağlam düşüncə ortaya qoymaq mümkündür”.