“Maliyyə nazirinə demək lazımdır ki, yumurtanın belə QİYMƏTİ ARTIB” - DEPUTAT
    • 12-11-2021, 12:39
    • 1 036

“Maliyyə nazirinə demək lazımdır ki, yumurtanın belə QİYMƏTİ ARTIB” - DEPUTAT

Ötən gün maliyyə naziri Samir Şərifovun jurnalistlərə açıqlamasında səsləndirdiyi bəzi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

Nazir bildirib ki, Azərbaycanda qiymətlər kifayət qədər aşağıdır:

“İlkin mərhələdə büdcə proqnozlarında neftin qiyməti aşağı səviyyədə nəzərdə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə".

Doğurdan da neft-qaz ölkəsinə xaricdəki qiymət artımı təsir etməlidirmi?


News24.az xəbər verir ki, Millət vəkili Aqil Abbas Bakıvaxtı.az-a bildirib ki, bu sualı birbaşa maliyyə nazirinə ünvanlamaq lazımdır:

“Hazırda Azərbaycanda bütün ərzaq məhsullarında qiymət artımı var. Azərbaycanın özünün istehsal etdiyi bütün məhsullarda qiymət artımı müşahidə olunur. Bazara gedirsən, baxırsan ki, kartofun, soğanın qiyməti nə qədər qalxıb. Allaha şükür, bircə ətin qiyməti qalxmayıb. Yumurtanın belə qiyməti artıb. Yəni bu sualı maliyyə nazirindən soruşmaq lazımdır”.



“İnanmıram ki, pensiya və müavinətlərin artırılması kommunal xərcləri ödəyə bilsin. Yenə də, yaşayarıq və görərik” – deyə, deputat bildirib.