Kənddə keçirilən toy faciəyə çevrildi – ÖLƏNLƏR VAR - FOTO
    • 15-11-2021, 09:00
    • 1 487

Kənddə keçirilən toy faciəyə çevrildi – ÖLƏNLƏR VAR - FOTO

Ötən gün Türkiyənin Çorum rayonunun Bayat kəndində keçirilən toyda faciə baş verib.

News24.az-ın məlumatına görə, şənliyin qızğın vaxtında insanlar rəqs edərkən qonaqlardan biri ətrafa atəş açmağa başlayıb.

Güllələrdən bəziləri toyda iştirak edən 44 yaşlı Emin Alparslan və 38 yaşlı Murad Şahinə tuş gəlib. Onlar yaralı halda xəstəxanaya aparılsa da, yolda ölüblər.

Toyu yarımçıq saxlayan polis atəş açan şəxsi müəyyənləşdirmək üçün istintaqa başlayıb.